Fransa qadağalar ölkəsi oldu – Müsəlmanlara qarşı əhval-ruhiyyə qorxulu həddə çatıbbackend

Fransa qadağalar ölkəsi oldu - Müsəlmanlara qarşı əhval-ruhiyyə qorxulu həddə çatıb

Vətəndaşlarının 10 faizinin müsəlman olduğu Fransa uzun illərdir ki, dini azadlıqları məhdudlaşdıran təcrübələr həyata keçirir. Nəhayət, hicab taxmasına icazə verilməyən fransalı qaçışçı Sounkamba Silla açılış mərasimində papaqla iştirak etməli olub.

Fransa başörtüsünü hedef alıyor

KONKRET.az xəbər verir ki, Avropanın ən çox müsəlman əhalisi olan Fransada müsəlmanlara qarşı əhval-ruhiyyə qorxulu həddə çatıb.

Fransada istər islamafob dövlət siyasəti, istərsə də cəmiyyətin ayrı-seçkilikçi münasibəti təxminən 7 milyonluq əhalinin 10 faizini təşkil edən müsəlmanların problemlərini dərinləşdirir. Fransada anti-immiqrant əhval-ruhiyyə 2000-ci illərdən etibarən müsəlmanlara qarşı irqçiliyə çevrilib.

Müsəlmanlara qarşı ayrı-seçkilik yaradan mənbələrin əslində Fransa Konstitusiyasına söykəndiyini söyləmək mümkündür. Ayrı-seçkilik Konstitusiyada dünyəvilik və qanun qarşısında bərabərlik prinsipinin yanlış şərh edilməsi və tətbiqi nəticəsində baş verir.

Müsəlman kimliyi ilə ölkədə karyera qurmaq istəyən qadınlar, kifayət qədər təhsili olsa belə, qarşılaşdıqları ayrı-seçkilik səbəbiylə ölkə xaricində iş imkanı axtarmaq məcburiyyətində qalırlar.

Bu ölkədə heç bir məsciddə azan oxunmasına icazə verilmir.

Fransada bütün dövlət qurumlarında hicab da daxil olmaqla hər hansı dini simvolun taxılması qadağandır. Bundan əlavə, hicablı anaların övladlarını məktəb səfərlərində müşayiət etmələrinə icazə verilmir. 7 sentyabr 2023-cü il tarixli qərarla məktəblərdə baş örtüyü geyinmək qadağan edilib. Bu qərardan sonra “dünyəvilik” prinsipinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılsa da, heç bir irəliləyiş əldə olunmayıb.

Fransada təxminən 2500 məscid olsa da, heç bir məsciddə azan oxunmasına icazə verilmir. Bu qadağalar Fransanın dünyəvilik anlayışının bir hissəsi kimi müdafiə olunsa da, bir çoxları bunu dini azadlıqların pozulması kimi qiymətləndirirlər.

Fransa, qadağalar ölkəsi

Fransada İslam əleyhinə qadağaların uzun tarixi var. İlk dəfə 2004-cü ildə dövlət məktəblərində hicab və digər dini simvolların qadağan edilməsi ilə başlayan proses 2010-cu ildə ictimai yerlərdə üzü tamamilə örtən geyimlərin qadağan edilməsi ilə davam etdi. Bu qadağalar Fransanın dünyəvilik prinsipi və təhlükəsizlik səbəbi ilə müdafiə olunub.

2015-2016-cı illərdə orta məktəb şagirdi uzun ətək geyindiyi üçün məktəbə buraxılmayıb.

Qadın futbolunda hicab qadağandır

Fransa Futbol Federasiyası (FFF) 2016-cı ildən hicab taxmağa icazə vermir. Bu qadağa 2014-cü ildən qadınlara hicabla oynamağa icazə verən FİFA qaydalarına ziddir.

Fransa başörtüsünü hedef alıyor

2020-ci ildə qurulan “Les Hijabeuses” adlı icma FFF-nin bu qadağasına etiraz edib. Lakin müsbət cavab alınmayıb.

Fransanın idman naziri Oudea-Kastera 2023-cü il sentyabrın 24-də Paris Olimpiya Oyunlarında fransız idmançıların hicab taxmasının qadağan edildiyini açıqlayıb və idmanda “sərt dünyəvilik” rejiminin tətbiqinin tərəfdarı olduqlarını bəyan edib.

İdman naziri Oudea-Kastera da bildirib ki, ölkənin milli formasını geyinən idmançılar “dövlət qulluqçusu” statusuna malikdirlər.

Qadağa qərarı idman ictimaiyyəti və insan haqları təşkilatlarından reaksiyaya səbəb olub. Başda “Amnesty İnternational” olmaqla bir çox təşkilat bir araya gələrək, mayın 24-də tətbiq edilməsinə qərar verilən qadağaya qarşı BOK-a məktub göndərib.

Məktubda BOK-dan Fransanın idman orqanlarına həm Paris Olimpiya Oyunlarında, həm də bütün idman yarışlarında fransalı idmançıların hicab taxmasına qoyulan bütün qadağaların aradan qaldırılması üçün ictimai müraciətlə çıxış etməsi istənilib, lakin insan haqları təşkilatlarının bu təşəbbüsü nəticəsiz qalıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*