Fransa səfiri azərbaycanlı müəllifin romanı ilə bağlı paylaşım etdibackend

Fransa səfiri azərbaycanlı müəllifin romanı ilə bağlı paylaşım etdi

Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon yazar Adəm İsmayıl Bakuvinin qələmə aldığı “Paris üçbucağı” adlı yeni romanı ilə bağlı paylaşım edib. 

KONKRET.az xəbər verir ki, səfir əsərin üz qabığının fotosunu twitter-də paylaşaraq izləyicilərinə bu kitabı oxumağı tövsiyə edib: “Yağışlı bazar günü üçün çox uyğundur”.

Qeyd edək ki, kitabın ilk nüsxələrindən biri Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayona təqdim olunub. “Paris üçbucağı” romanı fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin ikinci geniş həcmli əsəridir. Əsərdə Ermənistan-Azərbaycan münaqişəsi geosiyasi maraqlar kontekstində araşdırılsa da, roman azərbaycanlı Ülvi və fransız Suzannanın saf məhəbətlərini özündə daşıyan melodramdır. Roman oxuculara üç nəfərin: baş qəhrəmanlar və müəllifin dilindən nəql olunur.

Romandakı müasir hadisələr Azərbaycan və Fransada cərəyan edir. Müəllif əsərdə hər iki ölkənin paytaxtı, mədəniyyəti, tarixi abidələri, maraqlı yeməkləri və s. barədə məlumatları da ədəbi dildə çatdırır ki, bu, həm də əsəri ensiklopedik məlumatlara həvəsi olan oxucular üçün də maraqlı edir. Vətən müharibəsi, Aprel döyüşlərinə toxunulan əsərdə Azərbaycanın milli mentaliteti, ailə institutu, böyüyə-kiçiyə hörmət, qonaqpərvərlik barədə də bəhs edilir.

Tarixi faktlarla zəngin, eyni zamanda oxunaqlı dildə yazılmış əsərdə müəllif özünün ilk – “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı ilə böyük məharətlə sintez yaradaraq oxucuya çatdırmaq istədiklərini maraqlı üsulla təqdim edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Müəllif Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir.

Əsərin əsas şüarlarından biri budur: “Sevgi – ruhu ölmüş cəsədi yenidən dirildir”. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*