Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro HƏMAS-ı tərksilah olmağa çağırıb.
KONKRET.az xəbər verir ki, Jan-Noel Barro bu barədə X-da paylaşım edib.
Fransa XİN başçısı bildirib ki, HƏMAS israilli girovları hər hansı şərt irəli sürmədən azad etməli, tərksilah olmalı və Qəzzanın idarə edilməsindən kənarlaşdırılmalıdır.
Jan-Noel Barro Qəzza sakinlərinə böyük həcmdən humanitar yardım göstərilməsinə də çağırış edib.