Fransada 400-dək uşaq ZƏHƏRLƏNDİbackend

Fransada 400-dək uşaq ZƏHƏRLƏNDİ

Fransanın O-de-Sen kommunasında (Parisin mərkəzi) yerləşən məktəbdə kütləvi zəhərlənmə qeydə alınıb.

KONKRET.az “Figaro”ya istinadən xəbər verir ki, 363 şağird və 20 müəllim qidadan zəhərlənib.

Onların hamısında qusma və mədə ağrısı qeydə alınıb. Hadisəyə görə məktəbin yeməkxanası bağlanıb və qidalardan nümunə götürülüb. Xəstələrə ilkin yardımdan sonra əksəriyyəti evə buraxılıb. Hadisə yerində dövlət qurumları işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*