Fransanın Dunkerk şəhəri yaxınlığındakı miqrant düşərgəsində atışma nəticəsində azı 5 nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Nəşrin məlumatına görə, ölənlər Fransanın Dunkerkdən bir neçə kilometr aralıda yerləşən Vormu şəhərində iki təhlükəsizlik əməkdaşı, iki miqrant, həmçinin 29 yaşlı kişidir.
22 yaşlı fransız polisə təslim olub və onun avtomobilinin yük yerindən 3 silah tapılıb. Atəş açan şəxsin motivi barədə məlumat verilmir.
“Sky News” xəbər verir ki, ölən miqrantlar La-Manş boğazını keçməyə cəhd etmiş kürdlərdir.