Fransalı nazirə vəbalı məktub göndərdilərbackend

Fransalı nazirə vəbalı məktub göndərdilər

Fransanın daxili işlər naziri Cerald Darmaninə üzərində vəba izləri olan məktub göndərilib.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə, irqçi təhqirlər və qara tozdan ibarət məktub Dijon yaxınlığında yerləşən Lonviç kommunasının poçt çeşidləmə mərkəzində ələ keçirilib. Məzmun polisin nüvə, radioloji, bioloji, kimyəvi və partlayıcı maddələr bölməsi tərəfindən araşdırılıb. Mütəxəssislər bu tozda kiçik vəba izləri aşkar ediblər.

İlkin nəticələri təsdiqləmək və ya təkzib etmək üçün laboratoriya tədqiqatları davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*