“Fransanın Azərbaycandakı səfirliyinə görə yoldaşımla səfərə gedə bilmirəm”backend

"Fransanın Azərbaycandakı səfirliyinə görə yoldaşımla səfərə gedə bilmirəm"

Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış texnobloger Fərid Pərdəşünas Fransanın Azərbaycandakı səfirliyinə açıq müraciət ünvanlayıb.

KONKRET.az həmin müraciəti təqdim edir:

“Bu paylaşımı etmək istəməzdim ancaq Fransanın Azərbaycandakı səfirliyi artıq vəziyyəti ən gərgin həddə gətirib çıxardı.

Fransanın Azərbaycandakı səfirliyi şəxsən mənimlə, ailəmlə, şirkətimlə nə problem yaşayır başa düşə bilmirəm. Mən bu səfirliyə görə yoldaşımla, şirkət əməkdaşlarımla səfərə gedə bilmirəm. Ötən ilin Fevral ayında yoldaşıma eyni zamanda şirkətimizin videoqrafına İspanyada keçirilən “Mobil Dünya Konqresi”ndən və Fransanın özündə baş tutan “Cannes Lions” festivalından rəsmi dəvət gəlsə də, bu səfirlik müraciətlərimizi uğursuz dəyərləndirdi.

Artıq 3 dəfə yoldaşıma “reject” verilib. Yoldaşımın yeganə problemi mənimlə evli olmağı və mənim şirkətimdə rəsmi çalışmasıdır. Bütün sənədlər qaydasında ola-ola, beynəlxalq şirkətin rəsmi dəvət məktubu olduğu halda, nikah şəhadətnaməmiz, şirkət dövriyyəmiz, Dövlət Vergi Xidmətindən sənədlərimiz, Media Agentliyindən media reyesteri sənədlərimiz, adımıza mülkiyyət, bank hesablarında pul, İspanya və Fransanın ən prestijli tədbirlərindən media dəvəti, jurnalist girişi, Azərbaycanın yerli Nazirliklərindən səfirliyə məktub, böyük yerli şirkətlərimizdən sponsorluq sənədi və ağlınıza gələcək bütün sənədlər ola-ola əsas göstərmədən artıq 3-cü dəfədir Fransa səfirliyi reject verir ki, gediş səbəbi aydın deyil.

Fransa səfirliyi Azərbaycan gənclərinə qənim kəsilib. Bu səfirlik nə maillərə nə məktublara cavab yazır. Cənab konsul Jan AMELINEAU qarşısına gələn sənədləri gözüyumulu “reject” edir. Nə məktuba cavab verirlər, nə mailə. Fransa səfirliyi təkcə Fransanın yox İspanya, Hollandiya, Portuqaliya kimi 6 ölkənin vizasını verir və mən illərdir səfər etdiyim İspanyaya yoldaşım üçün əməkdaşlarım üçün Fransadan viza ala bilmirəm. Ölkənin inkişaf etmiş bir gənci, yaxşı viza tarixçəsi, güclü əlaqələri, beynəlxalq əməkdaşlıqları olan bir şəxsi kimi Fransa səfirliyinə niyəsə miqrant kimi görünürəm?!

Cənab AMELINEAU, indi sizdən soruşuram?! Mən yoldaşımla səfər etmək üçün aksiya keçirməliyəm?! Siyasi fəal olmalıyam və polislə foto çəkdirməliyəm ki, viza verəsiniz?! yaxud cavab verəsiniz?! Burada bir aksiya olacaqsa, o da sizin səfirlik önündə olacaq. Fransa Avropanın sahibi deyil. Bizi bu qədər aşağılaya və yuxarıdan aşağı baxa bilməzsiniz. Ötən il ölkədə agentlik sahibi olan və Cannes-dən dəvət alan 2 dostum da vizadan kəsildi. Bu adamların burada şirkəti var. Beynəlxalq Mükafatı qazanmaq üçün səfər edirlər. Biz onlardan mükafat gözləyirik amma siz viza vermirsiniz. Bu belə davam edə bilməz. Bilirəm ki, bu məktub sizə çatacaq və açıb yazdığım mailləri bir də oxuyacaqsınız”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*