Fransanın xarici borcu 3 trilyon avronu keçibbackend

Fransanın xarici borcu 3 trilyon avronu keçib

Fransanın bütün tarixi ərzində  heç vaxt belə böyük xarici dövlət borcu olmayıb.

KONKRET.az xəbər verir ki, bunu ölkənin baş naziri Fransua Bayrou bildirib: “Ölkəmizin həddən artıq borcu var və bundan hər bir Fransa vətəndaşının xəbəri olmalıdır. İndi bizim vəzifəmiz bu borcu azaltmaqdır. Xarici borc Emmanuel Makronun dövründə daha  12% artıb”. Baş nazir bunu  parlamentin aşağı palatasında çıxışı zamanı bildirib. O, ölkənin xarici borcunu sosial modelinin üstündən asılan “Damokl qılıncı” adlandırıb. Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) məlumatına görə, ölkənin  xarici borcu 3,3 trilyon avronu keçərək ÜDM-in 113,7%-nə çatıb. Ötən ilin ikinci yarısında Fransanın borcu daha 72 milyard avro artaraq  rekord həddə – 3,303 trilyon avroya çatıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*