Fransızlar baş verənləri gizlicə izləməyi sevir – “Jalüz” sözünün etimologiyasıbackend

Fransızlar baş verənləri gizlicə izləməyi sevir - "Jalüz" sözünün etimologiyası

JALÜZ(İ)

İmarət Cəlilqızı, filoloq

Mənbələrdən məlumdur ki, tarixin  müəyyən vaxtlarında bir ədəbi dil işlədilmə səviyyəsinə görə digərlərindən daha üstün mövqeyə malik olub. Bir zamanlar Avropada və Rusiyada alman dilinin mövqeyi üstün idi. Amma fransız dili tədricən onun mövqeyini sıxışdırır.18-ci əsrin əvvəllərindən başlayaraq alman dili ilə rəqabət aparan fransız dili əsrin sonunda rus cəmiyyətində işlənmə və rus ədəbi dilinə təsir etmə səviyyəsinə görə birinci yerə çıxır (bu təsirin izlərinə rus ədəbiyyatının həmin dövrdə yaranmış bədii əsərlərində də rast gəlmək mümkündür). Bu səbəbdən fransız dilindən rus dilinə, rus dili vasitəsilə də bizim dilimizə bir xeyli fransız mənşəlı söz daxil olub. O sözlərdən biri ilə yaxından tanış olaq.

JALÜZ

Hamımıza məlum, məişətimizə çoxdan daxil olmuş, cürbəcür formalarda, rənglərdə, istifadəsi də rahat olan jalüzlər.

Latın dilində bu söz “zelus” alman və fransiz dillərində “jalousie” şəklindədir.  Söz fransız dilinə yunan dilindən keçib. XIX əsrdə rus dilində geniş islədilmiş fransız sözlərindən biridir. Maraqlıdır ki, “jalüz” latın dilində də, yunan, alman, fransiz dillərində də həsəd, qısqanclıq mənası ifadə edir.

Sözun bu cür izahı belə əlaqələndirilir: jaluz elə bir predmetdir ki, onun arxasında dayanıb müşahidə obyektinə görünmədən baş verənləri gizlicə izləmək mümkün olur.

Bu söz haqqında daha bir maraqlı qeyd: dilimizdə bu söz jalüz səklində, rus dilində isə jalüzi (жалюзи) şəklində işlənir. Sözün rusca tələffüzü ilə bağlı belə bir qayda, daha dəqiq desək, belə bir tövsiyə var ki, bu söz fransızsayağı, necə deyərlər, müsyöjordansayağı – vurğusu son hecada tələffüz edilməlidir, yəni belə: жалюзи́.

Həqiqətən söz bu cür tələffüz edilərkən xeyli xoş, ahəngdar və koloritli səslənir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*