Fransa milli komandasının sabiq müdafiəçisi Patris Evra Argentina seçməsinin 2022-ci ildə qazandığı dünya çempionluğu barədə danışıb.
konkret.az
xəbər verir ki, veteran futbolçu qalmaqallı açıqlama verib.
“Biz 2018-ci ildə dünya çempionu olmuşuq. Amma hamımız bilirik ki, 2022-ci ildə dünya çempionluğunu Messiyə sadəcə verdilər. Hətta fransızlar da argentinalının qazanmasını istəyirdilər”, – deyə, o bildirib.
Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin finalında Fransa ilə üz-üzə gəlib. 3:3 hesablı bərabərliklə başa çatan matçın penaltilər seriyasında üstün olan Cənubi Amerika təmsilçisi çempion olub.//Qafqazinfo