Almaniyanın keçmiş kansleri və Xristian Demokrat İttifaqının (CDU) keçmiş lideri Angela Merkel Table.Media-ya müsahibəsində XDİ-nin hazırkı rəhbəri Fridrix Merzin qarşıdan gələn seçkilərdə kansler postuna namizədliyini dəstəkləyib.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb: “Fridrix Merzə uğurlar arzulayıram. O, kanslerliyə namizəd olmaq üçün uzun müddət çalışıb. Ümid edirəm ki, onun yaxşı seçki kampaniyası aparmaq üçün kifayət qədər gücü var”, – deyə Merkel bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az