Kriptovalyuta birjası “FTX Group”un qurucusu və keçmiş baş direktoru Sem Bankman-Frid 250 milyon dollar girov müqabilində həbsdən azad edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Nyu-York məhkəməsi onu ev dustaqlığına buraxıb.
Qeyd edək ki, Sem Bankman-Frid dekabrın 13-də ABŞ-ın tələbi ilə Baham adalarında həbs edilib. O, fırıldaqçılıq, kriptovalyutaların qiymət manipulyasiyası və çirkli pulların yuyulmasında ittiham olunur. Onun ortaqlarından ikisi dələduzluqda günahlarını etiraf edib.
İqbal Rzayev,
KONKRET.az