Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək futbol qarşılaşması ilə əlaqədar olaraq bir sıra yollar bağlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində məhdudiyyət tətbiq edilib.