Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşma mühüm tarixi nailiyyətdir.
KONKRET.az xəbər verir ki, bu fikri Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay jurnalistlərə müsahibəsində deyib.
Qazaxıstanın dövlət başçısı qeyd edib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən mühüm görüş iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb.
Kasım-Jomart Tokayevin sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub.
Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan da sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların keçiriləcəyi məkan kimi Almatı şəhərini təklif etməklə Azərbaycan ilə Ermənistan arasında belə mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib.

Dünən avqustun 8-də 2 saatdan artıq televizorun qarşısından ayrılmadan Vaşinqtondan yayımlanan birbaşa yayımı izlədim. Qürurlanmamaq, yüksək emosiya içərisində Prezidentimizi izləmək nə qədər xoş idi sözlə ifadə etməyə çətinlik çəkirəm. Eşq olsun Prezidentimizə. Arzu edərdim ki, kimsə bunları məddahlıq kimi qəbul etməsin. Yüksək intellekti, situasiyaya adekvat yanaşması bütün tədbir boyu gözdən qaçmadı. Donald Trampın möhtərəm Prezidentimizə çox isti münasibəti onun şəxsi ritorikası və hazırcavablığı ilə birbaşa bağlı idi. Belə bir tarixi gün, tarixi qələbə münasibəti ilə Prezidentimizi, bütün Azərbaycan xalqını təbrik edir, bu səfərə kjölgə salmağa çalışan CINDIRLARA üfunət içində boğulmamalarını diləyirəm. Nifrət o qədər kor bir hissdir ki, hətta gözləri görənləri də mənəvi kor edir. Ölkəmizi, Prezidentimizi sevin, ona ANCAQ VƏ ANCAQ BÖYÜK HÖRMƏT VƏ EHTİRAMLA YANAŞIN, Belə əvəzolunmaz günü bizə bağışladığınız üçün SİZƏ SONSUZ SAYĞILAR MÖHTƏRƏM PREZİDENTİMİZ!