Futbol tarixinin ən bahalı gənc oyunçusu müəyyənləşib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, “Barselona”nın futbolçusu Lamin Yamaldır.
17 yaşlı yarımmüdafiəçinin hazırkı qiyməti 150 milyon avrodur.
Bunadək rekord “Real”ın üzvü Kilian Mbappeyə aid idi. O, PSJ-də oynayarkən 18 yaşında 90 milyon avro dəyərində qiymətləndirilmişdi. Yamal isə bu rekordu 17 yaşında qırıb.