İngiltərə Premyer Liqasının 17-ci turunun “Bornmut” – “Luton Taun” matçı ləğv edilib.
KONKRET.az xəbər verir ki, görüşün 59-cu dəqiqəsində qonaqların müdafiəçisi və kapitanı Tom Lokyerin huşunu itirib.
Həkimlər dərhal onun köməyinə gəliblər və daha sonra futbolçu xərəkdə meydandan çıxarılıb.
Bundan sonra matç ləğv edilib. Qarşılaşma dayandırılan v axtda hesab 1:1 olub.