Futbolçuları ildırım vurdu – 1 ölü, 6 yaralıbackend

Futbolçuları ildırım vurdu - 1 ölü, 6 yaralı

Braziliyanın “Uniau Japirense” klubunun 21 yaşlı futbolçusu Kayo Enrike de Lima oyun zamanı ildırım vurması səbəbindən dünyasını dəyişib.

KONKRET.az “Globo Esporte”yə istinadən xəbər verir ki, hadisə həvəskarlar arasında regional kubok matçı zamanı yaşanıb.

Daha 6 futbolçu isə bədənindən ağır yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Japira meriyası futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*