Türkmənistanın Arxadağ şəhəri ilə Füzuli qardaşlaşacaq.
KONKRET.az xəbər verir ki, bunu Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Azərbaycanın Baş naziri Əli Əsədov ilə keçirilən üçtərəfli görüşdə deyib.
Qurbanqulu Berdıməhəmmədov Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevlə Füzuli rayonunda məscidin tikintisi, habelə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması ilə bağlı razılığın əldə olunduğunu bildirib.