Füzuli sakinlərinin NƏZƏRİNƏ! – Hava limanında işləmək üçün VAKANSİYA ELAN OLUNDUbackend

Füzuli sakinlərinin NƏZƏRİNƏ! - Hava limanında işləmək üçün VAKANSİYA ELAN OLUNDU

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Füzuli qeydiyyatlı vətəndaşlar üçün Füzuli beynəlxalq hava limanında vakant yerlərin açıldığını elan edir.

Bu barədə KONKRET.az-a AZAL-dan bildirilib.

Qarabağda ilk hava limanının açılışı ərəfəsində Füzuli əsilli vətəndaşlar Azərbaycanın mülki aviasiyası kimi maraqlı və məsuliyyətli sahədə karyeraya başlamağa dəvət olunurlar.

İxtisas seçimi müsabiqə əsasında aparılacaq.

Beləliklə, “Azəraeronaviqasiya” (AZANS) HHİ-də, eləcə də Füzuli beynəlxalq hava limanının aerodrom və aerovağzal xidmətləri üçün işçi heyətin işə qəbuluna başlanmışdır.

Hava limanının aerodrom və aerovağzal xidmətləri üçün açılan vakant yerlər:

– mühəndis-proqramlaşdırıcılar;

– avadanlıqların təmiri və istismarı üzrə texniklər;

– işıqtexniki avadanlıq üzrə mühəndis və elektrik mexanikləri;

– texnoloji avadanlıqların təmiri və istismarı üzrə mühəndis;

– radiorabitə üzrə texnik və mühəndislər;

– komendantlar;

– qazanxana operatoru, konveyer xətlərinin operatoru;

– havalandırma və kondisioner sistemlərinin təmiri və onlara xidmət göstərilməsi üzrə çilingər;

– təmizlik xidmətləri və s.

AZANS-da açılan vakant yerlər:

– HHİ və Brifinq dispetçerləri;

– mühəndis-sinoptik və mühəndis-meteoroloqlar;

– HHİ AS, rabitə, radionaviqasiya və radiolokasiya üzrə mühəndis və texniklər.

Vakant yerdən asılı olaraq ali, orta ixtisas, orta təhsil və ya iş təcrübəsi tələb oluna bilər. İşaxtaran şəxslərdən hüquq təhsili tələb olunmur. Daha ətraflı məlumatı “Azərbaycan Hava Yolları” QSC-yə müraciət edərək əldə edə bilərsiniz. Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki, AZAL Qarabağda tarixi yaşayış yerlərinə qayıdan əhalini işlə təmin edən ilk təşkilatlardan biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Füzulidə yeni hava limanı ən qısa zamanda inşa ediləcəkdir. Dövlət başçısı 2021-ci ilin yanvar ayında hava limanının təməlini qoydu, sınaq uçuşlarının həyata keçirilməsi isə bu ilin sentyabr ayının əvvəlində nəzərdə tutulub.

“Xüsusi qürur hissilə bildirirəm ki, “Azərbaycan Hava Yolları” işğaldan azad olunmuş Qarabağda yeni iş yerlərini açacaq ilk təşkilatlar sırasındadır. Füzulidə hava limanı ən yaxın günlərdə istismara təhvil veriləcək və əminəm ki, uzun müddət işğal altında olan bu regionun sakinləri böyük məmnuniyyətlə müsabiqə seçimində iştirak edəcəklər. Məhz buna görə onlar üçün bütün bu imkanları yaradırıq. Xüsusilə qeyd edim ki, Füzulidə istənilən növ hava gəmilərini qəbul etməyə imkan verən hava limanının istismara verilməsi regionun sosial-iqtisadi inkişafına güclü təkan verəcək, gələcəkdə isə turizm potensialını artıracaqdır”, – deyə “AZAL”ın prezidenti Cahangir Əsgərov qeyd edib. .

Hal-hazırda Füzuli hava limanında tikinti işləri son mərhələsindədir, uçuşların təhlükəsizliyini, sərnişin və yük aviadaşımalarının yüksək həcmlərini təmin etmək üçün nəzərdə tutulmuş ən yeni infrastruktur obyektləri istismara verilir. Tikinti işləri sürətlə davam edir və hava limanının açılışı bu ilin sonunadək planlaşdırılır.

Bundan əlavə dövlət başçısının tapşırığı ilə Qarabağda – Zəngilan və Laçın rayonlarında daha iki beynəlxalq hava limanının tikintisi planlaşdırılır.

 

  • İntiqam
    Avqust 25, 2021 - 19:46

    Ali təhsilliyəm Hal hazırda işsizəm . Təmizlik xidmətləri üzrə işləmək istərdim .

  • Malik
    Avqust 26, 2021 - 16:21

    Salam.Milli Aviasiya Akademiyasinin 2011-2015 ci il mezunuyam.Avianəqilyyat istehsalatinin təskili və idarə olunmasi ixtisasi üzrə təhsil almişam.Yetərincə ixtisas biliyinə, komputer programlarina və ingilis dili biliyinə sahibəm
    Təcrübə qazanmaqda və dahada hozəl naliyyətlər eldə etmək üçün əlimdən gələni etməyə haziram!
    Diqqətiniz üçün təşəkkür edirəm

  • Məhərrəm
    Avqust 30, 2021 - 10:12

    Elektrik Muhendisiyem Ali tehsilli. İş üçün müraciet edirem.

  • Baxtiyar Mammadov
    Sentyabr 1, 2021 - 23:33

    Nəqliyyatda Daşımalar Və onların təşkili fakultem.Sirf artiq oz ixtisasim uzre işlemek isteyirem.Bu hava limaninda islemeyi cox isterdim.

  • Aslan
    Sentyabr 21, 2022 - 01:36

    Salam texnik enjiner şöbəsində işləmişəm 2 il hava limanında hoteldə və başqa başqa hotelərde əlaqə nömrəm 0505518073

  • Aslan
    Sentyabr 21, 2022 - 01:38

    Qazanxana idarə etmə paneərin havalandırma ahu santral boyrler sistemlərindən anlayışım var elektir işlərindən anlayışım var və sair bir çox texnik sovbələrdə işləmişəm 0505518073

  • Elşad
    Sentyabr 26, 2022 - 14:57

    Füzuli Ayraportunda muhavize işi işlmek isdeyirem

    • Bəşir
      İyun 14, 2024 - 11:54

      Salam mən də areporta mühafizəçi işləmək isdeyirəm

  • İsmayil
    Avqust 22, 2023 - 21:20

    Salam. Men Hüseyinov ismayıl fizuli rayonu zobucuq 1saylı qesebesi de yaşayıram 33yaşm var fizuli hava limanında fehle işi varsa işlemek isdeyerdim teşekkür edirəm tel0507335968

  • İsmayil
    Avqust 22, 2023 - 21:23

    Salam adım ismayıl fizuli rayonu zobucuq qesebesi de yaşayıram fizuli hava limanında fehle işi olsa işleyerdim tel0507335968

  • allahverdi
    Noyabr 16, 2023 - 20:59

    salam aleykum fuzuli hava limanina muhafize işi üçün muraciet edirem

  • Saleh
    Fevral 25, 2024 - 12:50

    Salam eleykum fuzuli hava limanında Muhavize işlemek isteyirem

  • Bəşir Nəsirov
    Avqust 16, 2024 - 15:42

    Salam Füzuli rayon Alxanlı kəndində yaşayıram Və Füzuli rayonun Hava limanında mühafizəçi işləmək üçün müraciyət edirəm .özüm hər bi xidməti daxili qoşunda etmişəm təcrübəm çoxdur .belə bir iş olsa əlaqə nömrəmi paylaşıram zəhmət olmasa zəng edərsiniz mənə çox sağolun. 050 981 91 69

  • Anar
    Dekabr 29, 2024 - 11:33

    Fuzulide yasiyiram kecmis mecburi köckunem ali tesilim var muhavize de isdemek isdeyirem

  • 𝐏𝐞𝐫𝐯𝐚𝐳
    Fevral 15, 2025 - 01:05

    𝐒𝐚𝐥𝐚𝐦 𝐦𝐞𝐧 𝐏𝐞𝐫𝐯𝐚𝐳 𝐌𝐢𝐬𝐢𝐫𝐨𝐯 𝐙𝐮𝐥𝐟𝐮𝐪𝐚𝐫 𝐨𝐠𝐥𝐮. 𝐅𝐮𝐳𝐮𝐥𝐢 𝐫𝐚𝐲𝐨𝐧 𝐲𝐮𝐱𝐚𝐫𝐢 𝐤𝐮𝐫𝐝𝐦𝐚𝐡𝐦𝐮𝐝𝐥𝐮 𝐤𝐞𝐧𝐝𝐢𝐧𝐝𝐞 𝐲𝐚𝐰𝐚𝐲𝐢𝐫𝐚𝐦. 𝐎𝐳𝐮𝐦 𝐌𝐮𝐝𝐚𝐟𝐢𝐞 𝐍𝐚𝐳𝐢𝐫𝐥𝐢𝐲𝐢𝐧𝐢𝐧 𝐞𝐡𝐭𝐢𝐲𝐚𝐭𝐝𝐚 𝐨𝐥𝐚𝐧 𝐳𝐚𝐛𝐢𝐭𝐢𝐲𝐞𝐦. 𝐕𝐞 𝐐𝐚𝐳𝐢𝐲𝐞𝐦 𝐢𝐝𝐦𝐚𝐧𝐥𝐚 𝐦𝐞𝐰𝐠𝐮𝐥 𝐨𝐥𝐦𝐮𝐰𝐚𝐦 𝐮𝐳𝐮𝐧 𝐦𝐮𝐝𝐝𝐞𝐭 𝐯𝐞 𝐦𝐞𝐰𝐠𝐮𝐥𝐚𝐦. 𝐁𝐢𝐫 𝐐𝐚𝐳𝐢 𝐤𝐢𝐦𝐢 𝐬𝐢𝐳𝐝𝐞𝐧 𝐱𝐚𝐡𝐢𝐰 𝐞𝐝𝐢𝐫𝐞𝐦 𝐦𝐞𝐧𝐢𝐦 𝐦𝐮𝐫𝐚𝐜𝐢𝐞𝐭𝐢𝐦𝐢 𝐠𝐨𝐫𝐦𝐞𝐳𝐝𝐞𝐧 𝐠𝐞𝐥𝐦𝐢𝐲𝐞𝐬𝐢𝐧𝐢𝐳 𝐯𝐞 𝐤𝐨𝐦𝐞𝐤 𝐨𝐥𝐚𝐬𝐢𝐧𝐢𝐳 𝐦𝐞𝐧𝐞, 𝐦𝐮𝐡𝐚𝐯𝐢𝐳𝐞, 𝐦𝐮𝐡𝐚𝐯𝐢𝐳𝐞 𝐫𝐞𝐢𝐬𝐢, 𝐧𝐨𝐛𝐞 𝐫𝐞𝐢𝐬𝐢, 𝐢𝐰𝐥𝐞𝐲𝐞 𝐛𝐢𝐥𝐞𝐫𝐞𝐦 𝐛𝐮 𝐢𝐰𝐥𝐞𝐫𝐝𝐞 𝐭𝐞𝐜𝐫𝐮𝐛𝐞𝐦 𝐯𝐞 𝐢𝐝𝐚𝐫𝐞 𝐞𝐝𝐢𝐜𝐢𝐥𝐢𝐲𝐢𝐦 𝐲𝐮𝐤𝐬𝐞𝐤𝐝𝐢𝐫. 𝐗𝐚𝐡𝐢𝐰 𝐞𝐝𝐢𝐫𝐞𝐦

  • Emil
    Mart 16, 2025 - 16:50

    Salam 19.yaşim var füzuli rayonunun alxanlı kəndindənəm təmizlik işin işləmək istəyirəm

Baxtiyar Mammadov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*