Gədəbəydə qadına əzab verən şəxs apellyasiya şikayəti verdibackend

Gədəbəydə qadına əzab verən şəxs apellyasiya şikayəti verdi

Gədəbəy rayonunda bibisi qızına əzab vermədə təqsirləndirilən Qəzənfər Hacıyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

KONKRET.az-ın xəbərinə görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək cinayət işinin ilkin baxış iclası yanvarın 28-nə təyin edilib.

Şikayət hakim Elçin Xasməmmədovun sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, 2021-ci il mayın 31-də rayon sakini, 1947-ci il təvəllüdlü Q.Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib və ona işgəncə verib.

İstintaq orqanı tərəfindən Q.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*