Gələcəyin Bakısını bu ölkələrin şirkətləri QURACAQbackend

Gələcəyin Bakısını bu ölkələrin şirkətləri QURACAQ

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiqlənib.

KONKRET.az xəbər verir ki, Bakı şəhərinin təsdiq edilmiş Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalib “AS+P Albert Speer + Partner Gmbh” şirkəti (Almaniya) tərəfindən hazırlanıb.

“AS+P Albert Speer +Partner Gmbh” şirkəti tərəfindən Baş plan layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*