Rusiyada immiqrant uşaqlarının məktəblərə qəbulu üçün rus dili biliyinin yoxlanılması 2025-ci il aprelin 1-dən başlayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Çernişenko “RİA Novosti”yə müsahibəsində bildirib. Baş nazirin müavini qeyd edib ki, hər il təxminən 155 min immiqrant uşaq rus məktəblərində oxuyur.Onun sözlərinə görə, “Rosobrnadzor” hazırda metodiki materialların və sınaq sistemlərinin, eləcə də qiymətləndirmə meyarlarının hazırlanmasını başa çatdırır. Çünki müxtəlif siniflər müxtəlif səviyyələrdə imtahan tələb edir.
Dekabrın 11-də Dövlət Duması rus dilini bilməyən immiqrant uşaqların məktəblərə qəbulunu qadağan edən qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib. Bu o deməkdir ki, əcnəbi vətəndaşlar yalnız rus dilindən məcburi imtahan verdikdən sonra məktəbə qəbul ediləcəklər.
Vəli Həsənoğlu,
KONKRET.az