Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin 3,7 % olacağını proqnozlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri 2022” hesabatında bildirilir.
Sənədə əsasən, gələn il isə Azərbaycan iqtisadiyyatı 2,8 % böyüyəcək.
Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM-nin artımını 3,9 %, 2023-cü il üçün 5,1 % səviyyəsində proqnozlaşdırır.