Gələn il orta aylıq pensiya bu qədər olacaq – Nazir AÇIQLADIbackend

Gələn il orta aylıq pensiya bu qədər olacaq - Nazir AÇIQLADI

Əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində layihələr davam edir.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, növbəti ildə DSMF-nin xərcləri cari ildən 10,5 % çoxdur:

“Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat, yaşa görə isə orta aylıq pensiya 571 manat proqnozlaşdırılır. Cari ilin sonuna yaşa görə orta aylıq pensiya 527,3 manat olaraq proqnozlaşdırılır. Pensiya sistemində əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayı ərzində indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 363 milyon manat əsassız xərclərin qarşısı alınıb”.

  • Namiq
    Noyabr 26, 2024 - 18:09

    Yaxşı və yeni anlayış – orta aylıq pensiya. 5-6 sinif təhsil almış savadsız insan da faiz hesablamağı bacarır. Cənab Prezidentin tapşırığına uyğun olaraq pensiyaların neçə faiz qalxacağından xəbər verin. İldə bir dəfə həyata keçirilən indeksasiyadan yox, məhz neçə faiz artacaq ondan danışın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*