Gələn il orta aylıq pensiya bu qədər olacaq – Nazir AÇIQLADIbackend

Gələn il orta aylıq pensiya bu qədər olacaq - Nazir AÇIQLADI

Əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində layihələr davam edir.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, növbəti ildə DSMF-nin xərcləri cari ildən 10,5 % çoxdur:

“Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat, yaşa görə isə orta aylıq pensiya 571 manat proqnozlaşdırılır. Cari ilin sonuna yaşa görə orta aylıq pensiya 527,3 manat olaraq proqnozlaşdırılır. Pensiya sistemində əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayı ərzində indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 363 milyon manat əsassız xərclərin qarşısı alınıb”.

  • Namiq
    Noyabr 26, 2024 - 18:09

    Yaxşı və yeni anlayış – orta aylıq pensiya. 5-6 sinif təhsil almış savadsız insan da faiz hesablamağı bacarır. Cənab Prezidentin tapşırığına uyğun olaraq pensiyaların neçə faiz qalxacağından xəbər verin. İldə bir dəfə həyata keçirilən indeksasiyadan yox, məhz neçə faiz artacaq ondan danışın.

    • Azim
      Noyabr 26, 2024 - 21:32

      Orta deyəndə həm məbləğ 500 manatdan çox olur həm də qeyri müəyyənlik yaranır.Əvvəl 11 faiz deyirdilər, indi 8 faiz deyirlər.Yəqin ki, bütün pensiyalar 8 faiz artacaq.

  • pensioner
    Noyabr 26, 2024 - 23:26

    Vüqar Byramor neçə aylar qabaq demişdi ki,artım faizi ikirəqəmli olacaq

  • Röyal Tahirov
    Noyabr 27, 2024 - 20:19

    1 qurup əlilliyim var ümumi səbəb
    Artım yoxdur

  • Tuncay Tahirov əmin Röyal Tahirov
    Noyabr 27, 2024 - 20:26

    ümumi səbəb dən 1 qurup əlilliyim var
    Artım yoxdur

  • Faxreddin
    Noyabr 28, 2024 - 02:02

    8.3%artım olacaq

  • Vuqar
    Noyabr 30, 2024 - 14:44

    Bəs 18 il stajı olub. 220 manat alanlar nə edəcək

  • Elmira
    Dekabr 1, 2024 - 18:38

    Evde eviin, Erin, uşaqlarin qayqîsına qalan, bütün işleri öz üzerine götüren,esger böyüden analar niye 220 man maaşa qalıblar? Kecen defe bütün pensiyaçılarîn pulu artdı amma bizimki artmadı,niye? Ìşleyenler bizden artîq işleyibler? Onlar öz pullarını da alıblar. Bizler olmasaydq hec Kim işleye bilmezdi ve hec Kim dehazıra gelmezdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*