Ermənistanda gələn il yanvarın 1-dən türk mallarına tətbiq edilən embarqo aradan götürülür.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistan hökumətinin builki son iclasının gündəliyinə türk mallarına tətbiq edilən embarqonun uzadılması məsələsi daxil edilməyib.
Bu da o deməkdir ki, Ermənistan embarqonu yeniləməyəcək və 2022-ci il yanvarın 1-dən məhdudiyyətlər aradan qaldırılacaq.
Türkiyə mallarının idxalına qadağa 20 oktyabr 2020-ci ildə 44 günlük müharibə zamanı tətbiq edilib.
Xuraman Etibarlı,
KONKRET.az