Gələn ilin Oskar mükafatının aparıcısı bəlli oldubackend

Gələn ilin Oskar mükafatının aparıcısı bəlli oldu

Gələn il keçiriləcək 98-ci Oskar akademiya mükafatlarının aparıcısı bəlli olub.

KONKRET.az xəbər verir ki, 98-ci Oskar mükafatlarının təqdimetmə mərasimi komediya ustası Konan O’Brayen tərəfindən həyata keçiriləcək.

O’Brayen 2021-ci ildə 28 illik karyerasını bitirdikdən sonra ‘Conan O’Brien Must Go’ adlı səyahət proqramı ilə ekranlara qayıdıb.

Qeyd edək ki, O’Brayen karyerası boyunca 31 Emmy mükafatına namizəd olub və onlardan beşini qazanıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*