Gəncədən Moskvaya uçan Azərbaycanın “Buta Airways” aviaşirkətinin təyyarəsi sərnişinlərdən birinin səhhətinin pis olması səbəbindən Volqoqradda yerə enməyə məcbur olub.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İnterfaks agentliyi yayıb.
Enişin Moskva vaxtı ilə saat 11.49-da həyata keçirildiyi deyilir.
Şirkətin mətbuat xidməti qeyd edib ki, layner sərnişinə lazımi kömək göstərildikdən sonra uçmağa davam edəcək.
Babək Göyüş
KONKRET.az