Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşən 58 yaşlı Gəncə sakini itkin düşüb.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Muşfiq Hüseynəliyev 2024-cü ildə Rusiyaya gedib və orada döyüşlərə qatılıb.
O, yaxınları ilə sonuncu dəfə həmin ilin oktyabrında danışıb. O tarixdən bəri həmyerlimizdən heç bir xəbər yoxdur.
Məlumat üçün bildirək ki, M.Hüseynəliyev iki uşaq atasıdır.