Gəncədə bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.
1999-cu il təvəllüdlü Məmmədov Rəvan qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. /apa