Gəncədə 40 yaşlı kişi bıçaqlanıb – Qardaşı şübhəli bilinirbackend

Gəncədə 40 yaşlı kişi bıçaqlanıb - Qardaşı şübhəli bilinir

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü E.Kərimov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, E.Kərimovu bıçaqlamaqda onun qardaşı şübhəli bilinir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*