Gəncə şəhərində azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Abbas Səhhət adına xəstəxana baş verib. İlkin məlumata görə, şəhər sakini 2025-ci il təvəllüdlü A.S valideynləri tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, 1 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları cəlb olunub. Azyaşlının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
