Müştəri kreditini müəyyən edilmiş müddətdən əvvəl tam və ya qismən bağlamaq istədikdə, gələcək aylara hesablanmış faizlərin taleyi çoxlarını maraqlandıran məsələlərdən biridir. Bəs kredit vaxtından əvvəl ödənildikdə banklar gələcək dövr üçün hesablanmış faizləri silirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit vaxtından əvvəl bağlandıqda müştəri gələcək dövrün faizlərini ödəməli olmur.
.jpg)
Ekspertin sözlərinə görə, kredit üzrə faizlər yalnız istifadə olunan müddətə görə hesablanır:
“Əgər müştəri kredit borcunu vaxtından əvvəl tam və ya qismən ödəyirsə, gələcək aylara hesablanmış faizlər silinir. Yəni bank müştəridən yalnız faktiki istifadə olunmuş müddət üzrə faiz tələb edə bilər. Gələcək dövr üçün hesablanmış faizlərin tutulması qanunvericiliyə uyğun deyil”.
Ekspert əlavə edib ki, bəzi hallarda banklar müqavilədə müəyyən komissiyalar və ya cərimə şərtləri nəzərdə tuta bilər. Buna görə də müştərilərə kredit müqaviləsini diqqətlə oxumaq tövsiyə olunur.
Beləliklə, kreditin vaxtından əvvəl bağlanması müştəri üçün daha az faiz ödənilməsi ilə nəticələnə və borc yükünü əhəmiyyətli dərəcədə azalda bilər.
Aynurə İsmayıl
KONKRET.az

Salam menim 1 ayliq gecikmem var onu yenilemek isteyirem ki gecikme olmasin yardim eden yoxdur o 1 ayliqada fair gelir
[email protected]
Salam mən kiriditi üçün müraciyət etmək istəyirdim 1500 manat kiriditi götürmək istərdim
Məlum məsələdir ki əsas məbləğ vaxtından tez ödənilən zaman faiz borcu avtomatik olaraq silinir. Ömrü boyu belə olubmu Guya nə yenilik eləmisiz ki.
Bank kredit alan müqavilədə, əsasən 1-ci il üçün faizlər daha çox qeyd olunur.