Gəncədə evə basqın oldu – Ana və övladına xəsarət yetirildi – YENİLƏNİBbackend

Gəncədə evə basqın oldu - Ana və övladına xəsarət yetirildi - YENİLƏNİB

Gəncə şəhərində evə edilən silahlı basqının təfərrüatları məlum olub.

KONKRET.az-ın məlumatına görə, fərdi yaşayış evinə gizli yolla daxil olan iki maskalı şəxs evdə olan 1975-ci il təvəllüdlü Namazov Xəyyam Rasim oğlu və onun anası, 1950-ci il təvəllüdlü Xurşid Əli qızı Namazovaya xəsarət yetiriblər.

Belə ki, maskalı şəxslər odlu silahın qundaq hissəsi ilə X.Namazovun baş nahiyəsinə zərbə endiriblər, qadına isə kəsici alətlə xəsarətlər yetiriblər.

Daha sonra yaranan səs-küyə görə basqınçılər evdən qaçıblar. Hadisə ilə bağlı polisə məlumat verilib və araşdırmalara başlanılıb.

***

00:32

Gəncə şəhərində evə girən şəxs və ya şəxslər ana və oğluna xəsarət yetiriblər.

KONKRET.az-ın məlumatına görə, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*