Gəncədə dünyasını dəyişən Elgünün yeni görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, Gencexeber.az-ın redaksiyasına daxil olan videogörüntüdə Elgünün hadisə baş verən gün mağazaya getdiyi və oradan siqaret aldığı əks olunub.
Qeyd edək ki, mayın 13-nə keçən gecə Gəncə şəhər sakini, 18 yaşlı Elgün İbrahimov Məmməd Xələfov küçəsi, 115 ünvanında – Azərbaycan Texnologiya Universitetinə məxsus, hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra vəfat edib.