backend

Gəncədə iki qardaş bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Vüsal Rəhimov sol budun, qardaşı – 1992-ci il təvəllüdlü Anar Rəhimov isə qolun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki xəstənin yaraları tikilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, qardaşları Göygöl rayonunun Murovdağ qəsəbəsinin sakini, 1994-cü il təvəllüdlü Əliyev Mərhəmət Rəhim oğlu bıçaqlayıb.

M.Əliyev qardaşlar tərəfindən döyüldüyü üçün onları bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*