Gəncədə mənzildə baş verən partlayış nəticəsində ölənlərin kimliyi məlum oldu – YENİLƏNDİbackend

Gəncədə mənzildə baş verən partlayış nəticəsində ölənlərin kimliyi məlum oldu - YENİLƏNDİ

Gəncədə mənzildə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, Gəncədə mənzildə baş verən partlayış nəticəsində ölənlərin 1980-ci il təvəllüdlü Könül Xudaverdiyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva olduğu müəyyən edilib.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və partlayış səbəbindən şoka düşən sakinlər də olub.

Hazırda onlara yerləşdirildikləri xəstəxanada tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.(report)

***

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*