Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 2000-ci il təvəllüdlü K. Süleymanov xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.**“Unikal”
