Gəncədə 43 yaşlı kişi döyülüb.
KONRKET.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki,1982-ci il təvəllüdlü Etibar Alıyev döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı məlum olub ki 43 yaşlı kişinin barmaqları sınıb. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, E.Alıyev tanıdığı şəxs tərəfindən döyülüb. Onun parklanma nəzarətçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.