Gəncədə postda saxlanılan hərbçi şəhərə buraxılmayıb? – RƏSMİ AÇIQLAMAbackend

Gəncədə postda saxlanılan hərbçi şəhərə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda bir hərbçinin şəhərə avtomobillə buraxılmaması ilə bağlı yayılan görüntülər Gəncə Şəhər Baş Polis İdarəsində araşdırılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan KONKRET.aza verilən məlumata əsasən, dekabrın 25-i gecə saatlarında hərbçi müştəri qismində taksi ilə Gəncə şəhərinin Hacıməlikli girişində stasionar polis postundan şəhərə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Taksi sürücüsünün müvafiq icazəsi olmadığı müəyyən edilərək şəhərə girişi qadağan olunub, hərbi geyimli şəxs isə avtomobildən düşərək piyada şəhər ərazisinə daxil olub. Həmin şəxsin video çəkərək, polis əməkdaşlarının güya ondan pul istəməsi ilə bağlı deyilənlər isə həqiqətəuyğun deyil.

  • Təbriz
    Dekabr 28, 2020 - 15:23

    guya pul almirlar vankmata cagirdilar mənnən pul aldilar polisler eledi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*