Gəncədə qonşular arasındakı dava bir nəfərin ölümünə səbəb oldu – YENİLƏNİBbackend

Gəncədə qonşular arasındakı dava bir nəfərin ölümünə səbəb oldu - YENİLƏNİB

Gəncədə bir nəfərin ölümü, bir nəfərin xəsarət almasına səbəb olan sürücü saxlanıb.

KONKRET.az xəbər verir ki, “VAZ 2107” markalı avtomobilin sürücü 1995 ci təvəllüdlü Orxan Nağıyev saxlanılıb. Sürücü idarə etdiyi avtomobillə yol kənarında dayanmış 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü təvəllüdlü Alim Məmmədovu vurub. Nəticədə A. Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib

***

08:45

Gəncədə qonşular arasında kütləvi dava bir nəfərin ölümünə səbəb olub.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, iki qonşu arasında dava düşüb.

Davaya müdaxilə etmək istəyən bir nəfər qonşuları ayırmaq istəyən Alim Məmmədovu avtomobillə vurub.

Aldığı xəsarətlərdən xəstəxanaya aparılan 1952-ci il təvəllüdlü Alim Məmmədov dünyasını dəyişib.

Xəsarət alanlardan başqa bir qadın isə xəstəxanaya aparılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*