Gəncədə şəhid löhvələri sökülür – VİDEObackend

Gəncədə şəhid löhvələri sökülür - VİDEO

Gəncədə şəhid löhvələri sökülür.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Şəhid yaxınlarından biri videoda şəhid ailələrinə müraciət edərək bildirir ki, yaxınlaşıb onlara aid olan fotoları götürsünlər.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun sözçüsü Gülnar Fazilqızı KONKRET.az-a cavabında bildirdi ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulur. Respublikanın hər yerində olduğu kimi, Gəncə şəhərində də şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir.

Nəzərinizə çatdırmaq istəyirik ki, Gəncə şəhərinin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsü ilə quraşdırılmışdır. Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq, tamamilə yararsız hala düşmüş, orijinal görkəmini itirmişdir. Qeyd edilənlər nəzərə alınaraq, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələrinin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərara alınmışdır.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində bir neçə ünvanda, o cümlədən “İstiqlal” parkında şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Memorial Abidə Kompleksi inşa edilmiş, lövhələr quraşdırılmış, eyni zamanda “gencesehidleri.az” saytı hazırlanaraq istifadəyə verilmişdir.

Aynurə İsmayıl

KONKRET.az

  • Pervin qazi
    May 27, 2025 - 12:55

    Sehere gozelik veren Sehid sekileridi balalarimizada tarixi ve vetenperverliyi asiliyir .Bizi icimizdeki ermeniperesler bitirdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*