Gəncədə tələbələrin yaşadığı evə basqın edən şəxs ƏLƏ KEÇDİ – FOTO/VİDEObackend

Gəncədə tələbələrin yaşadığı evə basqın edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadə yanvar ayının 31-də tələbələrin yaşadığı mənzilə daxil olaraq mənzil sakinlərini əlindəki bıçaqla hədələyərək ümumi dəyəri 4 000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsəyib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*