Gəncədə torpaq sürüşməsi: Dəmiryolu stansiyasına ciddi ziyan dəydi – Fotolarbackend

Gəncədə torpaq sürüşməsi: Dəmiryolu stansiyasına ciddi ziyan dəydi - FOTOLAR

Dünən gecədən başlayan yağış nəticəsində Gəncə-Daşkəsən-Xoşbulaq yolunda torpaq sürüşməsi baş verib. 

KONKRET.az xəbər verir ki, hazırda yolda təmizləmə işləri aparılır.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 31 sayılı yol istismar idarəsinin baş mühəndisi Rövşən Məmmədov bildirib ki, yağan yağış nəticəsində Qızılca dəmiryolu stansiyasına güclü ziyan dəyib.

“Yolun keçidinin alt hissəsinin tamamilə yuyulması nəticəsində dəmiryolu relsləri havada qalıb. Yağan güclü yağış həm də bu ərazidə yerləşən dörd suötürücü borumuzu bağlayıb”, – deyə baş mühəndis qeyd edib. Oxu.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*