Gəncədə xəstəxanada oksigen bolonu yandı: xəstələr təxliyə olunurbackend

Gəncədə xəstəxanada oksigen bolonu yandı: xəstələr təxliyə olunur

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir.

KONKRET.az xəbər verir ki, “Hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir. Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb”, – məlumatda qeyd olunub.

***

 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhət adına 1 saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemələrə yol açıb.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülürlər.

İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə təxliyə olunub.

Hazırda Abbas Səhət adına Xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*