Gəncənin baş memarı sakinləri belə aldadıb – VİDEOLARbackend

Gəncənin baş memarı sakinləri belə aldadıb - VİDEOLAR

“Barəmdə deyilənlər yalandır. Fərdi yaşayış evi tikintisi üçün kimsədən pul tələb olunmayıb. Həmin şəxsin şikayəti bir ildən artıqdır ki, prokurorluqda araşdırılıb. Onun dedikləri böhtandır”. 

KONKRET.az xəbər verir ki, bu fikirləri “Rupor”-a Gəncə şəhər Memarlıq tikinti şöbəsinin müdiri – baş memarı Elxan Məmmədov deyib.

Xatırladaq ki, Gəncə şəhəri Azərbaycan küçəsi 97A ünvanında yaşayan Kamil Qasımov şikayət ünvanlayıb. 

O bildirib ki, həmin ünvanda fərdi yaşayış evi tikdirir və bununla bağlı Gəncə şəhər İcra Hakimiyyətinə müraciət edib. Baş memar Elxan Məmmədov onun nəzərinə çatdırıb ki, mənzilin tikintisinə başlaması üçün 390 manat rüsum ödəməlidir. Sonradan qanunlarla yaxından tanış olan kamil Qasımov aldadıldığını bilib və pulu geri istəyib. Həmin məbləğı ona qaytarıblar.

Bu hadisə də baş memarın nəzərinə çatdırılıb. Elxan Məmmədov cavabında belə bir hadisə olmadığını deyib.

Sayt şikayətçi ilə əlaqə saxlayıb ondan daha dəqiq faktlara malik olub-olmadığını soruşub. Kamil Qasımov  həmin prosesin – alver məqamının videolarını göndərib.

Həmin videoları təqdim edirik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*