General hərbçilərə bayram hədiyyəsi payladı – FOTObackend

General hərbçilərə bayram hədiyyəsi payladı - FOTO

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələri ziyarət edib.

KONKRET.az xəbər verir ki, o, hərbi qulluqçuların sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə maraqlanan nazir müavini müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.

General-leytenant N.Osmanov xidmətin daha yaxşı təşkili, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə çatdırıb.

Sonda hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*