General Hikmət Həsənov I Ordu korpusu komandirliyindən ÇIXARILIB – Yaxınları TƏSDİQLƏDİbackend

General Hikmət Həsənov I Ordu korpusu komandirliyindən ÇIXARILIB - Yaxınları TƏSDİQLƏDİ

General-mayor Hikmət Həsənovun Zəfər günü Şuşada generallarla görüşdə iştirak etməməsi barədə yayılan xəbərdən sonra yaxınları məsələyə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, generalın yaxınları qafqazinfo-ya Hikmət Həsənovun Birinci Ordu korpusu komandirliyindən çıxarıldığını və hazırda Hərbi Akademiyada xidmətə davam etdiyini qeyri-rəsmi olaraq təsdiqləyiblər.

 

Hikmət Həsənov generallarla görüşdə niyə yox idi? – “Tərtər İŞİ”?

 

Prezidentlə görüşə çağrılmayan general Hikmət Həsənov: “Avtomobilim minaya düşüb” – VİDEO

 

Məlumata görə, Hikmət Həsənov ötən il noyabrın 20-də təhvil verilən Ağdama daxil olarkən kalonun başında zirehli maşınla hərəkət edib. Bu zaman maşın minaya düşüb və general ağır xəsarət alaraq belində 3 yerdə sınıq əmələ gəlib. Hazırda da hospitalda müalicəsini davam etdirir.

Müharibə zamanı general Həsənovun infarkt keçirməsi və ürək əməliyyatı olması ilə bağlı informasiyaya da yaxınları münasibət bildirib. Qeyd ediblər ki, döyüşləri idarə edən Hikmət Həsənovun gecə saat 02 radələrində ürəyi tutub və Gəncə Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb. Orada ürəyinə stend qoyulduqdan sonra həmin gün səhər tezdən şimal-qərb cəbhəsinə qayıdaraq döyüşlərə rəhbərlik etməsinə davam edib. Bu zaman generalın həyatına təhlükə olduğu üçün xüsusi həkim qrupu ilə təmin edilib.

H.Həsənovun yaxınları vasitəsilə ondan açıqlama almağa çalışsaq da, general hazırda xidmətdə olduğu üçün yuxarı rəhbərliyin icazəsi olmadan açıqlama verə bilməyəcəyini deyib. Hər hansı bir açıqlama, məlumat üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*