General Məcid Xadimi “Sepah”ın yeni kəşfiyyat rəisi təyin edildibackend

General Məcid Xadimi “Sepah”ın yeni kəşfiyyat rəisi təyin edildi

General Məcid Xadimi İsrail zərbəsi nəticəsində ölən Məhəmməd Kazımi əvəzinə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) yeni kəşfiyyat rəhbəri təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Xatırladaq ki, iyunun 15-də “Iran International” telekanalı “Sepah”ın kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazimi İsrail hücumları nəticəsində dağıntılar altında qaldığını bildirmişdi.

Həmin gün hərbi birləşmənin mətbu orqanı olan “Sepah News” Kaziminin İsrail hücumu nəticəsində öldüyünü təsdiqləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*