“General Motors” bu modelin buraxılışını DAYANDIRIR – FOTObackend

General Motors” bu modelin buraxılışını DAYANDIRIR - FOTO

ABŞ-ın “General Motors” (GM) şirkəti “Chevrolet Bolt” modelinin istehsalını dayandırır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, “Chevrolet” 2023-cü ildə “Bolt” elektromobilinin istehsalını dayandıracaq.

Qeyd edək ki, 2016-cı ildən istehsala başlayan “Chevrolet Bolt” ABŞ bazarında “Tesla Model 3” ilə rəqabət aparmağa uğursuz cəhd edib. 200 at gücündə elektrik mühərriki və 60 kilovat-saatlıq akkumulyatora malik “Bolt” 2016-cı ildə ABŞ bazarına 36 600 dollar baza qiyməti ilə çıxıb.

“Chevrolet” hesab edirdi ki, hər bir avtomobildən 8-10 min dollar itirsə də, brendin ucuz elektromobilə ehtiyacı var.

Belə ki, 2021-ci ildə “Chevrolet Bolt” yeniləndi və EUV (Electric Utility Vehicle) prefiksi ilə çarpaz versiya əldə etdi.

Şirkətin istehsal planına əsasən, 2023-cü ilin birinci yarısında 50 min elektromobil istehsal olunacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*